14 Sep 2023
Bu gün Türkiyənin İstanbul şəhərində “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets”in 5-ci yubiley beynəlxalq konfransı işə başlayıb.
“Report”un məlumatına görə, konfransın tərəfdaşları qismində “Quest Group”, “Indorama”, “IK Group”, “Amanat Group”, “Altin Ates Group”, “Uzkimyoimpeks”, “Ferkensco”, “Wondernet Express Investment Group”, “Kazphosphate”, “KazAzot”, “AZCHEMCO”, “ADY Express”, “Everest Energy”, “CIM Banque” və “Integral Group” çıxış ediblər.
Günün ikinci sessiyasında “AZCHEMCO”nun direktoru Ruslan Akçurin öz çıxışında şirkətin suda həll olunan, həmçinin maye gübrələrin və aqrokimyəvi preparatların istehsalı üzrə plan və layihələrini, həmçinin şoran torpaqların bərpası üzrə şirkətin üsul və texnologiyalarını ictimaiyyətə təqdim edib.
Konfransda həmçinin SOCAR, “Dreymoor Fertilizers Overseas”, “KazMunayGas”, KAZPHOSPHATE, SGS və bir çox başqa şirkətlər iştirak edir.
“Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” geniş spektrli əsas gübrə istehsalçılarını, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndərənləri, ixracatçıları, bankları və maliyyə təşkilatlarını, habelə profilli dövlət orqanlarını bir araya gətirən regionda ən böyük beynəlxalq tədbirdir.
Link: https://report.az/