Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı 08 Oct 2021

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

“AZCHEMCO” şirkəti özünə aid formulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan, suda həll olunan toz gübrələrin (NPK) istehsalına başlayır, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün layihə təqdim edir.

Oxu.Az-ın məlumatına görə, bunu bugünkü konfransda əldə edilən uğuru açıq şəkildə nümayiş etdirən şirkət rəhbərliyi bildirdi.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Şirkətin təsisçilərindən olan Levent Özdemir layihə ilə bağlı məlumat verməzdən əvvəl açılış nitqi edib:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın 44 gün ərzində azad olunması Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də yeni reallıqlar, möhtəşəm perspektivlər vəd edir. Fürsətdən istifadə edərək Vətən müharibəsində şəhid olmuş vətən oğullarına Allahdan rəhmət, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik!

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Təsadüfi deyil ki, “AZCHEMCO” şirkətinin loqosunu Qarabağ atı bəzəyir. Qarabağ atı məğrurluq, dözümlülük və əzəmət rəmzidir. Loqo Qırat timsallı bu Qarabağ atının Şuşada, Cıdır düzündə şahə qalxmasından ilhamlanaraq yaradılıb”.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Xatırladaq ki, Prezident İlham Əliyevin göstərişi ilə ölkə iqtisadiyyatında qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb.

“AZCHEMCO” MMC-nin kənd təsərrüfatı sahəsində ilk addımlar atmasına baxmayaraq, bu sahədə yüksək və müasir texnologiyaların tətbiqi nəticəsində kənd təsərrüfatının yüksək texnoloji sahəyə çevrilməsi yönündə fəaliyyət göstərməkdədir. Məhz bu cür yanaşma kənd təsərrüfatında modernləşməni öz fəaliyyətində prioritet qəbul etmiş “AZCHEMCO” şirkətini bu sahədə dünya liderləri ilə əməkdaşlığa sövq etdirir və ölkəmizdə müasir əkinçilik metodlarını tətbiq etmək məqsədilə yola çıxılıb.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın müasir şəraitdə yeni iqtisadi inkişaf modelinin formalaşmasına xidmət edir. Ölkədən əsassız valyuta və milli kapital axınının qarşısının alınması məqsədilə yerli istehsalın inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, xüsusən torpaqlarımızı işğaldan azad etdikdən sonrakı dövr üçün daha önəmli faktordur. “AZCHEMCO” şirkəti keyfiyyət göstəricilərinə görə dünya şöhrətli şirkətlər ilə rəqabət edə biləcək pestisidlər, bioloji preparatlar və gübrələr istehsal edir. İstehsal etdiyimiz məhsullar dünya şöhrətli “SGS” şirkətinin laboratoriyalarında yoxlanılaraq təsdiq edilir. Hər il ölkəmizə kənd təsərrüfatında istifadə məqsədilə külli miqdarda pestisidlər, bioloji preparatlar və gübrələr idxal olunur ki, bu da əsassız valyuta və milli kapital axınına şərait yaradır, ölkəmizin kənd təsərrüfatını idxaldan asılı vəziyyətə salır. Fikrimizcə kənd təsərrüfatının aparıcı şirkətlərindən biri olaraq “AZCHEMCO” bu prosesə laqeyd qalmamalıdır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Şirkətin təmsilçisi vurğulayıb ki, “AZCHEMCO” olaraq icraatımızda olan hər bir layihəyə çox həssaslıqla yanaşır, bu istiqamətdə bütün resurslarımızdan, müasir texnologiyalardan istifadə edərək və əsas qayda - ekoloji təmizlik hər şeydən önəmlidir prinsipinə riayət edərək son nəticəyə çatmaq bizim başlıca missiyamızdır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Bildirilib ki, “AZCHEMCO” MMC bitki mühafizə vasitələri və kimyəvi maddələrin istehsalı ilə yanaşı istixanalar və digər əkin sahələrinin yaradılması işləri ilə də məşğul olur. Şirkət üçün prioritet sahələrdən biri də təmizlənmiş çirkab sulardan təkrar olaraq suvarmada istifadə və təmizlənmə prosesi zamanı yaranan bərk tullantılardan, heyvandarlıq sahəsindəki (böyükbuynuzlu heyvanların qanı, sümüyü, nəcisi və s.) istifadə olunmayan, ekologiyada mənfi təsirlər yaradan atıqlardan təbii gübrə istehsalıdır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Tədbir çərçivəsində çıxış edən Levent Özdemir qeyd edib ki, bu gün “AZCHEMCO” dünya əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, quraqlıq, ekologiya və aclıq problemlərinin həlli məqsədilə fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təşəbbüslərinə cavab verməyə hazırdır:

“FAO ölkəmizdə ərzaq təhlükəsizliyinin artırılmasına şərait yaradan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq və kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir. “AZCHEMCO” cari ilin 23-24 sentyabrında “Qida Sistemləri Sammitində” BMT Baş katibi Antonio Quterreş və digər zirvə iştirakçılarının səsləndirdikləri quraqlıq, ekologiya və aclıq kimi qlobal problemlərin birgə həll edilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün təşkilata üzv olmaq niyyətindədir!”.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Bu gün tədbirin keçirilməsində əsas məqsəd şirkət tərəfindən hazırlanan “Drip Drop 369” məhsulunu dünyaya təqdim etməkdir.

Bildiyimiz kimi əkinçilikdə torpağın münbit və məhsuldar olması əsas faktorlardandır. Təəssüf ki, münbit və məhsuldar torpaqlar get-gedə şoranlaşmaqda və əkin üçün yararsız vəziyyətə düşməkdədir. Səthində və profilində bitki üçün çox miqdarda toksik duzlar olan torpaqlar şoran torpaqlardır. Havanın isti keçməsi nəticəsində su buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində toplanaraq onu şoranlaşdırır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Heç kimə sirr deyil ki, torpağın su rejimi mütləq tənzimlənməlidir. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Dünyanın bir çox yerlərində suvarma hələ də primitiv qaydada aparılır, selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə olan halda sudan düzgün istifadə olunmur, həm çoxlu həcmdə su itkisinə yol verilir, həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən selləmə suvarma nəticəsində su nisbətən aşağı səviyyədə yerləşən əkin sahələrində yığılaraq qrunt suyunun qalxmasına səbəb olur. Bu da öz növbəsində həmin sahədə torpağın şoranlaşmasına yol açır. Suvarma bitkinin suya olan tələbatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Bizə lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr mübadiləsinə mane olur. Bununla həm də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün çox vacib olan qida maddələrinin torpaqdan yuyulub getməsinə şərait yaratmış oluruq.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

“AZCHEMCO” istehsalı olan “Drip Drop 369” məhlulu “Netafim” şirkətinin torpaqaltı damlama sistemlərindən istifadə zamanı torpaq altında PH səviyyəsini tənzimləyərək onu əkinə yararlı vəziyyətə gətirir, torpağın keyfiyyət göstəricilərini yüksəldir və ümumilikdə məhsuldarlığı artırır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Müasir dünyada şirin su çatışmazlığını və iqlim dəyişikliklərini nəzərə alaraq təqdim olunan torpaqaltı damlama sistemi və istifadə olunacaq “Drip Drop 369” məhlulu innovativ suvarma üsulu hesab ediləcək möhtəşəm tandem təşkil edir. Əkinçiliyə yararsız hesab edilən torpaqlar bu tandem sayəsində tam yararlı vəziyyətə gətiriləcək.

“Drip Drop 369” məhlulu torpaqları yararlı vəziyyətə gətirməklə yanaşı, tərkibindəki xüsusi elementlər sayəsində damlama sistemlərinin özünü də təmizləyərək sistem daxilində su axınının stabil olmasını təmin edir və sistemin uzunmüddətli istismarına şərait yaradır.

“Drip Drop 369” məhlulunu fərqləndirən əsas cəhətlərindən biri də torpaq qədər insan sağlamlığına verdiyi önəmdir. Tərkibində canlılara təsir edə biləcək heç-bir təhlükəli kimyəvi maddə mövcud deyil və buna baxmayaraq çox effektivdir.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Gördüyünüz şüşə akvarium içərisində torpaq nümunəsi mövcuddur. Damcı suvarma boruları torpağın 30 santimetr dərinliyindən keçir. Su verildikdən sonra bir saat ərzində borunun alt və yuxarı hissəsində 25 santimetr məsafəni əhatə edən torpaq anbardan suya qatılan “Drip-Drop 369” məhlulu ilə zənginləşdirilir, həm də onu düzgün qidalandırmaqla kənd təsərrüfatına yararlı torpaqlar dövriyyəsinə qaytarır.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

Şirkət gələcəkdə damcı suvarma borularının da tamamilə ölkə daxilində istehsalını təmin etmək üçün investisiyalar etməyi planlaşdırır.

L.Özdemir əlavə edib ki, məhlulun tərkibində 10 faiz azot, 1 faiz fosfor, 30 faiz kükürd mövcuddur:

“Diqqətinizə çatdırım ki, kükürd yeganə elementdir ki, ərimir. Lakin, “AZCHEMCO” kükürdü əritməyi bacardı və şirkət bu məhsulla “Made in Azerbaijan” brendi altında dünya kənd təsərrüfatına ərimiş kükürdü hədiyyə etdi”.

Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 
Azərbaycan istehsalı olan məhsulla ilkə imza atıldı
 

O vurğulayıb ki, Azərbaycanda da aqrar sahədə mütəxəssislər yetişdirmək üçün “AZCHEMCO” bu sahədə ixtisaslaşan gənclərə dəstək verəcək:

“Bu məqsədlə Dövlət Aqrar Universitetini ən yaxşı göstəricilərlə bitirmiş gənclər “AZCHEMCO”nun dəstəyi ilə bu sahədə ixtisaslaşacaq”.

Şirkət artıq istehsal edəcəyi yeni məhsulların sertifikatlaşdırılmasını təmin edib və tezliklə Azərbaycanda texniki elementlərlə zənginləşdirilmiş suda həll olunan toz gübrələrin (NPK) ilk istehsalını açmağı planlaşdırır.

Link: https://oxu.az/