“AzChemCo” Türkiyənin avadanlıq istehsalçısı ilə müqavilə imzalayıb 29 Noy 2021

“AzChemCo” Türkiyənin avadanlıq istehsalçısı ilə müqavilə imzalayıb

“AzChemCo” Türkiyənin avadanlıq istehsalçısı ilə müqavilə imzalayıb
 

Azərbaycanın maye gübrələr, bitki mühafizəsi vasitələri və preparatları istehsalçısı “AzChemCo” şirkəti Türkiyənin ən böyük avadanlıq istehsalçılarından “Ceylan” şirkəti ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, avadanlıq tədarükünü özündə ehtiva edən sənəd noyabrın 24-27-də Antalyada keçirilmiş “GrowTech” beynəlxalq kənd təsərrüfatı sərgisində imzalanıb.

“AzChemCo” nümayəndələri həmçinin şoran torpaqların bərpasına dair “Drip Drop 369” sərmayə layihəsi ilə bağlı “Netafim” şirkətilə görüləcək birgə işləri də müzakirə ediblər.

Bundan başqa, Türkiyənin “Haber Global” telekanalına eksklüziv müsahibə verilib.

Link: https://report.az/