MULTI MENT
MULTI MENT

MULTI MENT

MULTI MENT

İZ ELEMENTLİ MAYE GÜBRƏ

HIGH QUALITY SPECIAL FERTILIZER
Product's Achievement Icon
ZƏMANƏTLİ TƏRKİBİ % W/W
Suda həll olan Bor (B) 2
Suda həll olan Sink (Zn) 2
Suda həll olan Manqan (Mn) 2
MULTI MENT

Təsviri

Bitki qidalandırıcı mikroelementlər;

Karbon (C) bütün üzvi birləşmələrin əsas təməl daşıdır.

Kalsium (Ca) bitki toxumasının struktur və fizioloji sabitliyinə cavabdehdir; hüceyrə divarının əmələ gəlməsi, hüceyrənin böyüməsi, bölünməsi və fermentlərin aktivləşməsində iştirak edir.

Kükürd (S) amin turşularının strukturunda yer alır və zülal sintezini sürətləndirir. Buna görə də kükürd çatışmazlığı simptomları azot çatışmazlığı simptomlarına bənzəyir. O, həmçinin yağ sintezində və hüceyrə divarlarının quruluşunda iştirak edir.

Bor (B) meristem aktivliyini təmin etmək üçün protein sintezini sürətləndirir (meristem, böyümə ucları). Hüceyrə divarının strukturuna daxil olduğundan hüceyrə membranlarında karbohidratın ötürülməsini dəstəkləyir, köklərin böyüməsini təmin edir, çiçək formalaşmasında istifadə olunur;

Xlor (Cl) fotosintez üçün mütləqdir. Sudan oksigen formalaşdıran fermentləri aktivləşdirir.

Mis (Cu) fotosintez prosesində karbohidrat və zülalın sintezində rol alır. Bitkidəki misin 70%-i xlorofilin tərkibindədir. Bioloji azot fiksasiyasında iştirak edir.

Dəmir (Fe) fotosintez və tənəffüs prosesində katalizator rolu oynayır, şəkər və nişastanın əmələ gəlməsində iştirak edir. Dəmir həm də digər fermentləri aktivləşdirir.

Manqan (Mn) yağ turşularının sintezindəki enzimləri sürətləndirir, DNT və RNT yaradan enzimləri aktivləşdirir. Fotosintez prosesində sudan oksigenin ayrılmasında birbaşa iştirak edir, xlorofilin formalaşmasında rol oynayır. Manqan mis və sink ilə əlaqəyə girir, hüceyrə tənəffüsünə kömək edir.

Molibden (Mo) nitratı nitritə çevirən ferment olan nitrat reduktazanın strukturuna daxildir. Bitkilər nitratla gübrələndikdə, ammoniumla gübrələnmədən daha çox molibdenə ehtiyac duyurlar. Paxlalı bitkilərin bioloji azot fiksasiyasında rol oynayan fermentin strukturunda yerləşir.

Sinkin (Zn) fizioloji aktivliyi maqnezium və manqan ilə oxşardır, nişastanın əmələ gəlməsinə və RNT sintezinə təsir edir, protein sintezini sürətləndirir.

Saxlanma qaydası: Normal şəraitdə (sərin və quru yerdə) orjinal qabında saxlayın. Məhsulu birbaşa günəş işığının düşdüyü yerdən uzaq tutun. Orjinal qabında normal şəraitdə saxlanıldıqda öz fiziki və kimyəvi xüsusiyyətlərini ən azı 3 il qoruyub saxlayır. Saxlama temperaturu +5°c ilə +40°c arasında olmalıdır.

Yararlılıq müddəti: İstehsal tarixindən etibarən 3 il. İstehsal tarixi qabın üzərində qeyd olunub. Partiya nömrəsi istehsal tarixinə uyğundur.

Spesifikasiyalar
Bitki Yarpaqdan (100 L / suya) Damlamadan (1000 m2) Təkrar istifadə
Pomidor 150cc 1 L
Bibər 150cc 1 L
Badımcan 150cc 1 L
Xiyar 100cc 1 L
Soğan 100cc -
Sarımsaq 100cc -
Kartof 150cc -
Kabak 100cc 1 L
Ərik 150cc -
Şaftalı 150cc -
Sitrus meyvələr 150cc -
Banan 150cc 1 L
Əncir 150cc -
Alma 150cc -
Qovun 150cc 1 L
Qarpız 150cc 1 L
Xurma 150cc -
Nar 150cc -
Armud 150cc -
Meyvə fidanları 150cc -
Pambıq 150cc -
Buğda 150cc -
Arpa 150cc -
Qarğıdalı 150cc -
Günəbaxan 150cc -
Mərcimək 150cc -
Şəkər çuğunduru 150cc -
Püstə 150cc -
Fıstıq 150cc -
Bəzək bitkiləri 150cc -
Paxla 150cc 1 L
Cirə 150cc -
Gül-çiçək 150cc -
Yonca 150cc -